BakuTimeTravel.Com

  Azərbaycana xoş gəlmisiniz!
 

Azərbaycan turları sizə Xəzər dənizinin sahillərində yerləşən bu ölkənin qədim tarixi abidələri, sanatoriyaları və mənzərəli zəngin təbiətini tanıtdıracaq. Siz müasir və eyni zamanda qədim memarlıq abidələri ilə zəngin Bakı, qədim Gəncə və öz müalicəvi nefti ilə dünyada məşhur olan Naftalan şəhərini, xalçaçılıq sənətinin inciləriylə tanınan Quba, dadlı Azərbaycan mətbəxini gözəl təbiətini kəşf edəcəksiniz.

Turlarımız əsasən Azərbaycan üzrə mədəniyyət ocaqlarının tanıtdırılması, Bakının çimərliklərinə, əyləncə və spa mərkəzlərinə ziyarəti, bayram proqramlarını özündə cəmləşdirir. Şamaxı, Bakı, Şəki, Quba və digər bölgələrin gözəl guşələrinə ekskursiyalar təşkil edilir

İlk baxışda, müasir Avropa şəhərindən fərqlənməyən Azərbaycanın paytaxtı Bakı öz müasir memarlıq abidələriylə, otel və restoranlarıyla, işıqlı parklarımüxtəlif fəvvarələrlə zəngin meydanlarıyla Sizlərin nümayişinə hazırdır. Bu müasirliklə yanaşı, Bakı öz qədim tarixi ruhunu qoruyub saxlamışdır: kiçik həyətli evlərensiz küçələri Bakının qədimliyinin abu-havasını öz qonaqlarına yaşada bilir.

Azərbaycan ailəvi istirahət üçün ideal bir məkandır. Xəzərin qumlu çimərlikləri, müxtəlif bölgələrdə bir çox parklar, ticarət və əyləncə mərkəzləri Sizə və uşaqlarınıza asudə vaxtını sevinc dolu anlar yaşadacaq.

Biz Sizlərə bu anları yaşatmağa kömək etməyə hazırıq!