Kafe və restoranlar

Kafe və restoranlar

Azərbaycanlılar dadlı yeməyi çox sevirlər, ona görədə harda olsanız belə istər Bakı istər kiçik bir şəhərcikdə kafe və restoranların böyük seçimini tapa bilərsiniz. Çoxsaylı qida müəssələrinin qonağı olarkən, milli və əcinəbi mətbəxlərinin bütün çeşidləri ilə tanış ola bilərsiniz.

Azərbaycanlıların yemək zövqü ilə daha yaxından tanış olmaq üçün kabab və ya düyü, ət, quru meyvə və ədviyyatların birləşməsindən yaranan yüzlərlə növ plovun birinin dadına baxmaq kifayətdir.

Dəniz məhsullarından, doğranmış soğan və qozla qarışdırılmış balıq-ləvəngini məsləhət görərdik. Toyuq ləvəngisidə şabalıd və albuxarayla balıq ləvəngisindən geri qalmır.

Desertə isə yanında  qoz, gül və heyva mürəbbəsi ilə armudu stəkanda verilən azərbaycan çayı sifariş verə bilərsiniz.

Paytaxtımızda siz yerli və əcinəbi mətbəxləri təqdim edən restoranlar, həmçinin dünyaca məhşur fast-food müəssələrini tapa bilərsiniz.