Əyləncə parkları

Əyləncə parkları

Azərbaycanın iri əyləncə və akva parkları sizin gününüzün şən keçməsini təmin edəcəklər. 

Biri birindən ayrı yerləşən əyləncə parklarından, Avropanın ən böyük örtülü parklarından biri olan Megafun və regionda ən böyük, kurort şəhəri Qəbələdə yerləşən Gabalaland-in adını çəkmək olar.

Azərbaycanın paytaxtı və digər şəhərlərində, oyun avtomatları və attraksionlarla  kifayət qədər böyük əraziya malik olan alış veriş mərkəzlərini tapa bilərsiniz.

Örtülü kartinq mərkəzi olan  Baku Karting&Event Center , təqdim etdiyi yarış bolidləri ilə  aktiv istirahət sevənlər üçün göz

l seçimdir. Şəhərdən kənar və ölkənin digər şəhərlərində yerləşən akvaparklar yay mövsümündə insanların seçdiyi istirahət mərkəzlərindən biridir.

Bu akvaparklardan ən məhşurları Abşeron qəsəbəsi Novxanıda yerləşən  AF Hotel & AquaPark, və Mərdəkanda yerləşən DalgaBeach-dir