Gül Festivalı

Gül Festivalı

Gül bayramı — 2000-ci ildən Azərbaycanın paytaxtı Bakı şəhərində Heydər Əliyevin xatirəsinə keçirilən illik bayram. Bayram Heydər Əliyevin ad günündə, 10 may tarixində başlayır və bir neçə gün davam edir. Bayram günlərində ənənəvi olaraq Heydər Əliyev adına parkda xaricdən gətirilən güllərdən ibarət kompozisiyalar sərgilənir

Əvvəlcə bayram Azərbaycan prezidentinin ad günündən sonra, 11 mayda keçirilirdi. 2004-cü ildən başlayaraq bayram Heydər Əliyevin doğum günündən keçirilir. Onu da qeyd etmək lazımdır ki, əvvəlcə bayram bakılıların və şəhərin qonaqlarının əsas istirahət yeri dənizkənarı bulvarda qeyd edilirdi.

2012-ci ildə Bakı meri Hacıbala Abutalıbovun məlumatına görə, paytaxta Hollandiya, İtaliya, Fransa və Almaniyadan müxtəlif rənglərdə olan 116 ton gül gətirilmişdir. Həmən ilki bayramda güllərin sayı milyonu keçmişdir. Bayramda həmçinin güllərdən hazırlanmış Heydər Əliyevin portreti təqdim olunmuşdur. Abutalıbovun sözlərinə görə, gül kompozisiyalarının yaradılması üstündə qərb dizaynerlər və yerli ustalar birgə işləmişdilər.

 

Hər il dekorasiyaların hazırlanmasına 50-dən çox ölkədən gətirilmiş 1 milyondan çox güldən istifadə olunur. Həmin dekorasiyaların hazırlanmasında yerli şirkətlərlə yanaşı xarici ölkələrdən dəvət edilmiş dizayn şirkətlərinin nümayəndələri də iştirak edirlər.