Neft və milyonlar padşahlığında

Neft və milyonlar padşahlığında

  • 1
  • 2
  • 3
  • 4
  • 5

Ekskursiya paytaxtımızın qonaqlarını XIX əsrdə yaşamış Bakı milyonçularının həyatı, eləcə də, onlar tərəfindən inşa etdirilmiş Avropa üslublu binalarla tanış edəcək.

Ekskursiya proqramı:

- İsa bəy Hacınskinin evi. Bakı milyonçularından biri İsa bəy Hacınskinin binası onun mərcdə uduzaraq 3 aya tikdirdiyi binadır.
- Mirbabayevin (Azərbaycanın XIX əsrdə yaşamış məşhur xanəndəsi) evi, Azneft meydanı
- Müslüm Maqomayev adına Azərbaycan Dövlət filarmoniyası (Keçmiş İctimai iclas evi.)
- Bakı İcra Hakimiyyətinin binası (XIX əsr)
- Azərbaycan Dövlət İqtisad Universiteti. “I Bakı real məktəbi”nin keçmiş binası. Binanın Bakı milyonçusu Musa Nağıyev tikdirmişdir.
- Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. Bakı milyonçusu H.Z. Tağıyev tərəfindən 1896-cı ildə tikdirilmiş “Qızlar məktəbinin” keçmiş binası.
- Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyətinin binası.
Bakı Milyonçusu Musa Nağıyev tərəfindən vaxtsız həyatını dəyişən oğlu İsmayılın xatirəsinə tikdirdiyi İsmailliyə binası kimi də məşhurdur.
-  “Səadət Sarayı” Bakı milyonçusu Murtuza Muxtarov tərəfindən öz həyat yoldaşı üçün inşa etdirilmişdi. Bu binanın acı taleyi barədə yalnız Rusiya mətbuatında 50-yə yaxın məqalədən nəşr olunmuşdur.
-  XIX əsrdə Bakı milyonçuları tərəfindən inşa etdirilmiş binaları görə biləcəyiniz Nizami küçəsi, eləcə də yerli sakinlər tərəfindən “Torqovaya” kimi tanınan küçədə gəzinti (Məmmədəliyev 19, Fransa səfirliyinin kitab passajı, Musa Nağıyevin binası).
- Opera və Balet Akademik Teatrının binası Bu bina Bakı milyonçusu Mayılovun hesabına opera teatrı kimi inşa etdirilmiş və Mayılov Qardaşlarının Teatrı adlandırılmışdır.

Tur : Neft və milyonlar padşahlığında
Qiymət : 22 USD
Tarix : Gündəlik
Ünvan : Sizin otel və ya Bakı şəhər daxilində müəyyən bir ünvan

Sifariş et

Tur : Neft və milyonlar padşahlığında
Tarix :
Adam sayı :
Adınız :
E-poçt :
Mobil nömrə :
Əlavə qeyd :
Yekun qiymət : 0.00 USD