"Qalereyalar və muzeylər" ekskursiyası

"Qalereyalar və muzeylər" ekskursiyası

  • 1
  • 2
  • 3
  • 4
  • 5

Ekskursiya proqramı

Azərbaycan Milli İncəsənət Muzeyi — Azərbaycanin ən böyük incəsənət muzeyidir və muzeydə on yeddi mindən çox eksponat saxlanılır. 1936-cı ildə əsası qoyulmuş muzey, 1943-cü ildən realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayevin adını daşıyır.Hal-hazırda muzey, Bakıda XIX əsrdə inşa edilmiş iki yanaşı tarixi binada - "De Burun Sarayi" və "Mariinski Qadın Gimnaziyası" binasında yerləşir. Muzeydə Qədim Şərq və Azərbaycan, Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən incəsənət əsərləri nümayiş etdirilir. Muzey kolleksiyasında olan dəyərli sənət nümunələrinin Kanada (1966), Kuba (1967), Suriya (1968), Fransa (1969), Çexoslovakiya (1970), Əlcəzair (1970), İraq (1971) və sair ölkələrdə sərgisi təşkil edilib. Muzey bazar ertəsi günləri xaric hər gün saat 10:00-dan 18:00 kimi ziyarətçilərin üzünə açıq olur.

- Yay! Gallery. YAY! Paytaxtın mədəni həyatında öz parlaq izini qoymuş YARAT! Müasir İncəsənət Məkanının həyata keçirdiyi layihələr artıq Bakı sakinlərinə tanışdır. YARAT! Müasir İncəsənət Məkanı kimi yaradılması Aidə Mahmudovanın fikri olan YAY! qalereyası qarşısına müasir Azərbaycan incəsənətini tam və maraqlı şəkildə təqdim etmək, habelə bakılıları dünya incəsənətində peyda olan yeni cərəyanlar və adlarla tanış etmək məqsədini qoyur.
Beləliklə, YAY! qalereyasında həm yerli, həm də xarici rəssamların əsərləri nümayiş ediləcək. YAY! qalereyasının növbəti planlaşdırılan addımları sırasında yeni, maraqlı tərəfdaşların axtarışını və artıq YARAT! Müasir İncəsənət Məkanı ilə uğurla əməkdaşlıq edən rəssamların dəstəklənməsini qeyd etmək olar. 
Əminliklə demək olar ki, YAY! qalereyası və YARAT! Müasir İncəsənət Məkanının səmərəli fəaliyyət göstərəcək tandemi gələcəkdə bir-birinin fəaliyyətlərini dəstəkləyəcək və gücləndirəcək. Məsələn, YAY! qalereyası YARAT! Müasir İncəsənət Məkanının reallaşdırdığı təşəbbüsləri maliyyə və texniki cəhətdən dəstəkləyəcək, YARAT! Müasir İncəsənət Məkanı isə, öz növbəsində, gələcək sərgilərin konsepsiyasının təməlini təşkil edəcək ideyalar və istedadların mənbəyi kimi çıxış edə bilər. 

- Kiçik QalArt Gallery.
- Baku Creative Center.

- Müasir incəsənət muzeyi. Muzey 20 mart 2009-cu ildə yaradılmışdır. Burada avanqard üslubunda işləyən Azərbaycan rəssam və heykəltəraşlarının 1 000-ə yaxın əsəri toplanmışdır. Ziyarətçilər Azərbaycan incəsənətinin xəzinəsinə daxil olan  xalq rəssam və heykəltəraşlarının işləri ilə tanış ola bilərlər.

Tur : "Qalereyalar və muzeylər" ekskursiyası
Qiymət : 26 USD
Tarix : Gündəlik
Ünvan : Sizin otel və ya Bakı şəhər daxilində müəyyən bir ünvan

Sifariş et

Tur : "Qalereyalar və muzeylər" ekskursiyası
Tarix :
Adam sayı :
Adınız :
E-poçt :
Mobil nömrə :
Əlavə qeyd :
Yekun qiymət : 0.00 USD