Əhatəli Bakı Turu

Əhatəli Bakı Turu

  • 1
  • 2
  • 3
  • 4
  • 5

Bakının gözəlliklərini Əhatəli Bakı Turunda bizimlə kəşf edin.  Bilinməyən və məşhur tarixi yerləri tanıyın. İçərişəhərdən başlayaraq Bakı Dənizkənarı bulvarda bitən səyahətdə siz Bakının qədim eləcə də yeni tikililərinin tarixini öyrənəcəksiniz.  Yol boyunca yerli mədəniyyət, insanlar, musiqi və mətbəx haqqında çox  şeylər eşidəcəksiniz. Sizin bələdçiniz həm də Bakıda günlərinizi necə keçirməli və hansı yerləri görməli olduğunuz barədə faydalı məlumatlar verəcək. Təklif etdiyimiz tur Bakını ilk dəfə ziyarət edənlər və bir gün ərzində ən maraqlı yerləri görmək istəyənlər üçün idealdır.

Hamısı bir yerdə turu ilə Bakının keçmişini, bugününü, gələcəyini araşdırın. Əgər siz ilk dəfə gələn ziyarətçi sinizsə və ya sadəcə şəhər haqqında ətraflı məlumat almaq istəyirsinizsə bu tur sizin üçündür. Siz Bakının İçərişəhər adlanan qədim hissəsini eləcə də, daha modern hissələrini dənizkənarı bulvarı, dağüstü parkı və binaları görəcəksiniz. 
Bakıda tarixin necə başladığını, Sovet dövründə və ondan sonra necə dəyişdiyini öyrənəcəksiniz. 
Bələdçiniz sizi ən görkəmli binaların və abidələrin yanına aparacaq beləliklə siz yol boyu maraqlı fotolar çəkə biləcəksiniz 
Hamısı bir yerdə turu gəzməli və görülməli bütün yerlər əhatə edir.
Turun müddəti 5 saatdır və siz içərişəhərdə nahar fasiləsi edə bilərsiniz.

Tur əhatə edir:

 

• Filarmoniya 
• İçərişəhər –açıq səma altında muzey
• Qədim qala qapıları 
• İçərişəhərin daxili küçələri 
• Şirvanşahlar saray kompleksi 
• Tarixi abidələr məscidlər, hamamlar
• Qız qalası – Bakının qədim simvolu və sirli qala
• Əntiq və suvenir mağazaları
• Bakı funikulyoru 
• Şəhidlər xiyabanı 
• Alov Qüllələri 
• Dağüstü Park 
• Xalça Muzeyi 
• Muğam Mərkəzi 
• Bakı bulvarı 
• Nizami küçəsi (Torqovaya)

Tur : Əhatəli Bakı Turu
Qiymət : 25 USD
Tarix : Gündəlik
Ünvan : Sizin otel və ya Bakı şəhər daxilində müəyyən bir ünvan

Sifariş et

Tur : Əhatəli Bakı Turu
Tarix :
Adam sayı :
Adınız :
E-poçt :
Mobil nömrə :
Əlavə qeyd :
Yekun qiymət : 0.00 USD