Xalça Muzeyi və “Azər-İlmə” fabrikinə ekskursiya

Xalça Muzeyi və “Azər-İlmə” fabrikinə ekskursiya

  • 1
  • 2
  • 3
  • 4

Azərbaycan Xalça Muzeyi 1967-ci ildən Bakı şəhərində fəaliyyət göstərir. İlk dəfə Muzey İçərişəhərdə “Cümə məscidi”nin binasında yerləşirdi, və onun ilk ekspozisiyası 1972-ci ildə açılmışdır. 1991-ci ildə Xalça Muzeyi Muzey Mərkəzinə köçürülmüşdü. Muzeyin yeni binası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə inşa edilmişdir, bu işdə Heydər Əliyev Fondunun və UNESKO-nun dəstəyi və köməkliyi olmuşdur.
Muzeyin əsas funksional təyinatları: daimi ekspozisiya və müxtəlif sərgilərinin təşkili, elmi-tədqiqat işlərin aparılması, interaktiv proqramların işlənib hazırlanması, xalça sənətinin qorunması, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, tərəfdaşlıq layihələrin hazırlanması və icrası və s. Hazırda Muzeyin fondunda 15.000-ə qədər eksponat mövcuddur. Onlar aşağıdakı kolleksiyalar üzrə bölünür: 
Xalça və xalça məmulatları Metal Parça, geyim və tikmə Saxsı, şüşə, ağac və kağız Zərgərlik

"Azər-ilmə"nin tarixçəsi

Zaman-zaman zəifləyən, dövrün tələblərinə müvafiq olaraq, demək olar ki, tam tənəzzülə uğramış xalçaçılıq işi Azərbaycan müstəqillik əldə etdikdən sonra, xüsusilə, 1993-cü ildən etibarən yenidən dirçəlməyə başladı. Bu dövrdə respublikada iş adamlarının uğurlu fəaliyyətini təmin etmək məqsədilə özəl sektorun inkişafına dair proqramlar qəbul edilmiş, çoxsaylı mühüm fərmanlar imzalanmışdı. “Azər-İlmə” Xalçaçılıq Şirkəti də məhz bu zəmində formalaşmış, təşəkkül tapmış müəssisələrdəndir. Professor Vidadi Muradov 1976-cı ildən üzü bu yana qazandığı zəngin təcrübə əsasında Azərbaycanda analoqu olmayan, tam fərqli fəaliyyət istiqaməti götürmüş yeni bir şirkət yaratmağa nail olmuşdu. İlk mərhələdə 15 nəfərlik heyətlə çətin, lakin şərəfli yolla addımlamağa başlayan “Azər-ilmə” həm yerli, həm də xarici, xüsusilə Türkiyədə olan partnyorların elmi-nəzəri biliklərindən, təcrübəsindən uğurla istifadə etdi. Türkiyəli mütəxəssislərin köməkliyi ilə Azərbaycanda ilk dəfə məhz burada “Gördəst” türk düyümü həyata qaytarıldı. 1995-1996-cı illərdə şirkət ilk məhsullarını daxili bazarda satışa çıxardı. Və bu ilk, uğurlu addım “Azər-ilmə”nin sənətin, elmi axtarışların, yaradıcılığın zirvələrinə gedən yolunun başlanğıcı oldu. Genişlənən beynəlxalq əlaqələr istehsal olunan xalça məmulatların xarici bazarlara çıxarılmasına şərait yaratdı. Beləliklə, “Azər-ilmə”nin ilk xarici alıcısı ABŞ-dan oldu. Ən maraqlı və dəyərli məqamlardan biri də, bu gün qloballaşmanın tüğyan etdiyi bir şəraitdə, infromasiya mübarizəsinin get-gedə daha kəskin xarakter aldığı bir dönəmdə şirkətin Azərbaycan adı, Azərbaycan imzası, Azərbaycan sənətkarının tarixi yaradıcılığı uğrunda mübarizəyə öz layiqli töhfəsi ilə qoşulması, milli xalçalarımızı məhz “Azərbaycan məhsulu” kimi təqdim etməsidir.

Tur : Xalça Muzeyi və “Azər-İlmə” fabrikinə ekskursiya
Qiymət : 21 USD
Tarix : Gündəlik
Ünvan : Sizin otel və ya Bakı şəhər daxilində müəyyən bir ünvan

Sifariş et

Tur : Xalça Muzeyi və “Azər-İlmə” fabrikinə ekskursiya
Tarix :
Adam sayı :
Adınız :
E-poçt :
Mobil nömrə :
Əlavə qeyd :
Yekun qiymət : 0.00 USD