“İçəri şəhərə” piyada ekskursiya

“İçəri şəhərə” piyada ekskursiya

  • 1
  • 2
  • 3
  • 4
  • 5

Ekskursiya proqramı

Ekskursiya “İçəri şəhər”in əsas girişi Qoşa Qala qapısından başlayır.

- Qoşa qala qapısı həmçinin Şamaxı darvazaları (XII əsr) kimi də məşhurdur.

- Bakı Xanlarının Evi (XVIII əsr) – uzun illər ərzində Şirvanşahlar sülaləsinin Xanları bu evdə yaşamışlar.

- “Zəncir bül-bül” (Zəncirli ev, eləcə də, Ütü ev kimi də məşhurdur) (XIX əsr).

-  Karvansaray “Multani” (XIV əsr).

- Kavansaray “Buxara” (XV əsr).

- “Bazar Meydanı” adına baxmayaraq, bu meydan yalnız ticarət üçün nəzərdə tutulmamışdı, qədimdə bu yer atəşpərəstlərin müqəddəs yeri sayılırdı. Bunu qazıntılar zamanı tapılan totem və digər tarixi artefaktlar sübut edir.

- “Qız Qalası” Bakının simvoludur. Onun dəqiq tikildiyi tarix, eləcə də, qalanın bu qədər böyük və qeyri-adi formada tikilməsinin məqsədi hələ də alimlərin mübahisə obyekti olaraq qalır.

- “Hacı Bani hamamı” (XIV əsr).

- İki mərtəbəli karvansaray (XV əsr). Bina hal-hazırda Muğam teatrı kimi istifadə olunur.

- “Aşur Məscidi” (XII əsr) Məscidi tikən memarın şərəfinə adlandırılmışdır. Həmçinin “Ləzgi Məscidi” kimi də tanınır.

- “Cümə Məscidi”. Cümə bütün müsəlmanlar üçün müqəddəs gündür. Məscid XII əsrə aiddir, lakin eyni zamanda məlumdur ki, qədimdə həmin məscidin yerində atəşpərəstlərin məbədi yerləşmişdir.

- “Mədrəsə” (XII əsr). Mədrəsə şagirdlərin Qurandan savayı  təbiət elmləri və riyaziyyat öyrəndikləri müsəlmanların ilahiyyat məktəbidir.

- “Məhəmməd Məscidi” (1078-79-cu il) islam dövrünün ən qədim məscididir.

- “Miniatüe Kitablar Muzeyi”. Muzeydə müxtəlif dövlərin, dillərin və müəlliflərin miniatür kitabları yığılmışdır. Kolleksiya dünyanın 64 ölkəsindən olan 6500 kitab daxildir.

- Əliağa Vahidin heykəli. Əvvəlcə 1990-cı ildə Filarmoniya yaxınlığındakı bağda qoyulmuşdu. 2008-ci ilin sonunda heykəl İçəri şəhərdə Şirvanşahlar sarayının yanında yerləşən bağçaya keçirildi. Heykəltəraş R. Həsənovdur. Vahid  - Əliağa İskəndərovun (1895-1965) ədəbi təəllüsüdür. Şair, Az.SSR-nın əməkdar incəsənət xadimidir.

- “Şirvanşahlar Sarayı” kompleksi (XII-XV əsr) min ildən qədim tarixə malik Şirvanşahlar Dövlətinin sonuncu sarayıdır.

Tur : “İçəri şəhərə” piyada ekskursiya
Qiymət : 16 USD
Tarix : Gündəlik
Ünvan : “İçəri şəhərə” piyada ekskursiya

Sifariş et

Tur : “İçəri şəhərə” piyada ekskursiya
Tarix :
Adam sayı :
Adınız :
E-poçt :
Mobil nömrə :
Əlavə qeyd :
Yekun qiymət : 0.00 USD